Dedim dilbərə: ey zalımBu qədər də qan olurmu?Dedi: pərvanə yanmaqdanŞəmə bir nöqsan olurmu?

Eşq əhlinə ol şəkərləbHər görənədə eylər qəzəb.Öldürəndən sonra, yarəb,Görən, peşiman olurmu?

Dil bağladım bir dilbərə,Yıxdı evimi göz görə;Əqli olan gözəllərəValehü heyran olurmu?

Sevdiyim, Allahı sevər,Ahımdan eyləmə həzər;Ta əsməsə badi-səhərQönçələr xəndan olurmu?

Təbibə götürüb pərdə,Dedim: bir od var cigərdə;Dedi: Zakir, elə dərdəTəbibdən dərman olurmu?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви