Var özgə vilayətdə də tək-tək köpək oğlu
Hüseyn bəyə həcv
Var özgə vilayətdə də tək-tək köpək oğlu,Hədsizdi bu viranədə, bişək, köpək oğlu.
Hərçənd mənə balta çalan çox idi, əmmaMəcmudən əfzun bu it-əmcək köpək oğlu!
Olmadı deyən bir muna kənd aşrı it ürməz,Bəsdir bu şərarət dəxi əl çək, köpək oğlu!
Yüz düşmən ola bir kəsə, bir kəs yıxılandaFilcümlə gərəkdir ola sövkək, köpək oğlu!
Qəhrü-ümərə atəşi-suzandı, nə layiq,Bərqəsd onu hərdəm üfürmək, köpək oğlu!
Fikrin budu, atan yerişi yeriyəsən sən,Xüm cayini haşa tuta cürdək, köpək oğlu!
Lazımdı o şəxsin vələdindən həzər etməkKim, əbləğ ola cəmdəyi lək-lək köpək oğlu!
Dərlərdi anan zaniyədir, var idi şəkkim,Sən ki, beləsən, yoxdu dəxi şəkk, köpək oğlu!
Məşhur məsəldir ki, bitər ot kökü üstə,Səgdən törəyən axır olur səg, köpək oğlu!
Bu qədri sənə xəlq dedi ağzını saxla,Həqqən ol...
Qosdin çörəyin kəsmək idi munca əyalın,Kəssin səni ol kəsdyin əppək, köpək oğlu!
Keçməz belə dövran, sənin də bu səyaqınBərbad olu çün dövləti-Bərmək, köpək oğlu!
Bir kərrə düşübsən qazanılmış çörək üstə,Sanma özünü yoxsa ki, zirək, köpək oğlu!
Bu bidəti nə ləzgi, nə şahi sevən eylər,Bu zülmü nə əfqanü nə özbək, köpək oğlu!
Haşa ki, culi-ətləs ilə xər ola tusən,Müşküldü demək bədgühərə bəg, köpək oğlu!
Dişi-dişi pünhani nədi zərbə girişmək,Ey batini zən, zahiri erkək, köpək oğlu!
İt itdi, hürən vəqt tanır aşnanı, yadı,İrs oldu sizə yetənə hürmək, köpək oğlu!
Bədxahlığı tərk eləmə, tənə edər xəlq,Şayistə deyil əsli itirmək, köpək oğlu!
Knyaz nə kim, cövr eləsə əmri mütadır,Yox bizdə ona qüdrəti-dinmək, köpək oğlu!
Sən kimi yetən nakəsə, ol qadiri-sübhanXəlq eləməyib məndə əyilmək, köpək oğlu!
Namərd ətəyindən kişi həngami-zərurətTutmaqdan isə yaxşıdı ölmək, köpək oğlu!
Şinel tapılan yer bizə bir vers yarım var,Hərgah desən yoxdu, gəl ölçək, köpək oğlu!
Qan olmadı bir dəfə açıldı qoyun ardı,Daim keçininki olu çərmək, köpək oğlu!
Min evlə neçün eyləmisən dəfi-məzərrət,Asandi əgər Behbudu gəzmək, köpək oğlu!
Beş-altı gədəm var pərişan, oların da,Kəsb əhlidilər, şüğlü cüt əkmək, köpək oğlu!
Poştlar dağıdıb, yol kəsəninki yalan oldu,Gərmək satanın yalanı gerçək, köpək oğlu!
Varəm sizin ilə necə ki, var həyatım,Tab eylə bu gündən belə sən tək, köpək oğlu!
Bağışla, damağım yox idi, müxtəsər oldu,Müşküldü bu dəm nəzmi yetirmək, köpək oğlu!
Bir növ sənə sikkə vurum həcv ilə, yüz gəzSuhan çəkələr eyləmyə həkk, köpək oğlu!
Kitabxana.az · https://kitabxana.az/ru/works/zakir-var-ozge-vilayetde-de-tek-tek-kopek-oglu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Piranəsərlikdə hərcayi könülHər zaman bir çeşmi-məstanə sevər.
Sevdiyim, bir yerə cəm eyləsələrSevdiyim, bir yerə cəm eyləsələr,Məhvoşi-dövranı, sənə yetişməz.
Sevdiyim, dimədən sellər açılırSevdiyim, dimədən sellər açılır,Hər zaman düşəndə iraq gözlərin.
Sən gedəndən bəri, ey üzü dönmüşSən gedəndən bəri, ey üzü dönmüş,Gözlərəm oturub yol qabağında;
Стихи других поэтов · Сатира
Ahü fəryad eyləyirsən, söylə, fərmanın nədir?Məqsədin bildir nə şeydir, ahü əfğanın nədir?
Özündən razıYaşadı, həmişə özündən dedi,Göydəki günəşə özündən dedi.
İranlılarBarəkallah, çox nəcib insandılar iranlılar,Her kim eşşəksə ona palandılar iranlılar.
Pəh-pəhPəh-pəh, Bakı dönmüş necə gör, xuldi-bərinə,çıx eylə səyahət.