Arzuların ən yaxşısını buludda,Ən ün yetməz, ən əl çatmaz diyarda…Adamların ən bədbəxti həyatda,Ən xoşbəxti, ən azadı məzarda…

Obaların ən qədimi viranə,Şəhərlərin ən gözəli zəhərli,Səni gördüm kor olasan zamana,Tanımırsan nə namərdi, nə mərdi…

Bu həyatın ən çəkilməz qəm yükü,Anlayanın kürəyində, belində…Vəzifənin ən yağlısı, ən kökü,Nanəcibin, natəmizin əlində.

Oğulların ən igidi qorxuda,Zəkaların ən nəhəngi qıfıllı…Bu dünyanı kimlər saldı qırğına,Sərhəd-sərhəd parçalandı, qırıldı…

Qadınların ən gözəli maşında,Zər-zibaya, var-dövlətə sadağa…Könüllərin ən nurlusu pərişan,Amalların ən nurlusu qadağan…

Qızılların ən xalisi xəsisdə,Səxavətin ən alisi kasıbda…Belə-belə qaydaların əzizlər,Görən kimlər düzəldiblər, yazıblar…

Böyük xalqlar əbədilik hökmran,Kiçik xalqlar əbədilik zülümdə…Həqiqətin ən acısı hər zaman,Mənim dilim-dilim olmuş dilimdə…

Kifirlərin çoxu qəlbən bir mələk,Gözəllərin çoxu yüngül,quşbeyin…Xoşbəxtliyi parlayanda neyləmək,Şairlərə xudadan pay düşməyib…

Yamanların hamı xoşbəxt, hökmran,Yaxşıların ömrü,günü zülümdə…Həqiqətin ən acısı hər zaman,Mənim dilim-dilim olmuş dilimdə…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов