Bir də,bir də doğmayacaq məni anam…
Bu ağ saçlar bir də qara olmayacaq,Bir də kimsə görməyəcək məni cavanam…Ötən günə, ömrə çarə olmayacaq,Bir də məni doğmayacaq daha anam.
Buna yoxdu zərrə qədər güman belə,Allah göydən ləl-cəvahir, qızıl səpə.Bu dünyaya dönməyəcək anam belə,Barı ana yaşayaydı iki dəfə…
Eşq oduna yanmayacaq bir də sinəm,İlk görüşə düşməyəcək bir də yolum.Kim dönüb ki, bu dünyaya mən də dönəm,Hansı ahıl cavan olub, mən də olum?...
Bu cahanda mənim üçün heç bir zaman,Nə bir əfsun, nə bir sehr olmayacaq.Gözlərimə durub yüz min mələk baxa,Mənim üçün heç bir xeyri olmayacaq.
Fani dünya sənə heyif çox inandım,Ana südü, ölüm suyu əmə-əmə…İllər ötdü sonra duydum, sonra qandım,Yuxu imiş, xəyal imiş hər şey demə…
Kimdir verən, kimdir alan bizi belə,Bu bəşərin ən əbədi dərdi imiş…Var olmağın, yox olmağın özü belə,Yaşamağın özü belə şərti imiş…
Yer üzünün çox Həvvası, Nuhu olub,İnsanlığın say-hesabsız nəsli gedib.Demə, əvvəl hər millətin ruhu ölür,
Sonra isə canı gedir, cismi gedir…
Bir də mənim açmayacaq çiçəklərim,Qıratlarım, düratlarım olmayacaq.Qovmaq üçün arzularım, istəklərim,Uçmaq üçün qanadlarım olmayacaq…
Pəncərəmdən nur yerinə ta daş gəlir,Bu da ömrün möhürləri, surcuqları…Silə bilməz cərrah gələ, nəqqaş gələ,Üz-gözümə düşən vaxtsız qırışlarım…
Ağ saçlarım birdə qara olmayacaq,Birdə kimsə görməyəcək mən cavanam.Keçən ömrə-günə çarə olmayacaq,Bir də, bir də doğmayacaq məni anam…
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabir-novruz-bir-de-bir-de-dogmayacaq-meni-anam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dünən gecə bikar qaldığıma görə durdum ayağa, bayır-bucaq pal-tarımı geyib başımı bulaya-bulaya qətiteyyi-mənzil edib getdim yetişdim
Həqiqi bir xəyal, yaxud bir lövheyi-cəmalEy kainati-fikrətimin şəmsparəsi,Bilməm üful qıldımı bəxtim sitarəsi?
GəlinGecə-gündüz istəyirəm mən səni,Hamı dünyanın malınca gəlin.
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin