Könlümün şüşəsi, saqın ki, sınar,Toxunarsa ayna daşa, dayanmaz.Əl dəyməmiş yaraların sızıldar,Vursan sinəm üstə maşa, dayanmaz.

Xəstə könlü istər narı görəndə,Çaşır ağlım-huşum yarı görəndə.Bülbül gül üstündə xarı görəndəQan ağlar, ruxsarı yaşa dayanmaz.

Ələsgər də nazlı vara qul ola,Yanıb cismi ataşına kül ola.Canı çıxar dərd ürəkdə bol ola,Qəm qalxıb başından aşa, dayanmaz.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе