Qalx, könül, pərvaz elə, eylə tələb bir səfəri,Xabi-röyada qasid verdi mana vay xəbəri.

Ölümü sal yadına, gül olma dünya malına,Yaradan öldürəcək, qoymayacaq bir bəşəri.

İbtida, soruşarlar səndən qonşunun sualın,Eşitmişəm alimdən, var hədisi-mötəbəri.

Yığasan bu dünyanın malını, anbar edəsən,Beş arşın ağdı payın, yoxdu sana heç səməri.

Hanı Şəddad, hanı Nəmrud, hanı Fironi-Ləin,Hanı ol Dalü ibni-Dal, cəm eylədi Şəhri-Zəri?!

Макта — последний бейт с тахаллусом поэта. Məcnunun ərzi-halın Leyli əyan xidmətinə,Tuli-təfsil nə lazım, söylə bəyan müxtəsəri…

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти