Bu gündə ağladır afaqı ahü vayi-vətən,Cahanı titrədiyor növhənövü nəvayi-vətən.Vətən səfinəsini çalxalandırır əmvac,Olubmu yoxsa xudasız şu naxudayi-vətən?Həzin-həzin baxır ətrafə, söyləyir: övlad!Deyilmi sizlərə lazım məgər rəhayi-vətən?Kəfənbəduş olaraq qəbrdən çıxın, əcdad!Görün ki, məhşəri-qəmdir fərəhfəzayi-vətən.Sevimli oğlunu qeyb eyləmiş zavallı ana,Nasıl yanarsa, yanır qəlbi-cunnümayi-vətən.Cəhalət ilə mükəddər səfali mir'ati,Maarif olmasa, qabilmi incilayi-vətən?Vətən çiçəklərini xəndədar qılmaq üçün –Hənuz doğmadımı bizdə də fədayi-vətən?Səfalət ilə bugün ağlayır, yanır, yaxılır,Qinalər içrə gülün siz, ey əğniyayi-vətən!Əri məzarə girən bir xanım kimi ağla,Yetim uşaqlarını oxşa, ey sədayi-vətən!Döşündə əmmək üçün yox südün ki, əmsinlər,Çocuqların oluyor, validəm, cilayi-vətən.Təbəssüm istəməm artıq, bükayə şövqüm var,Bərabər ağlayaq, ey çeşmi-giryəzayi-vətən!Gəl, ey "təbibi-zəmanəm" – deyən gəzafpəsənd,Tutub da nəbzini anlat nədir nidayi-vətən?Qoyub qulağını dinlə şu xəstə sinəsinə,Bəyan qıl ki, nə əczaydır dəvayi-vətən.O vəqt son sözün aya deyilmidir "heyhat"?Əlaci məhz ölümdür, sönür ziyayi-vətən.Verəmli qız kimi parlar gözündə nuri-əcəl,Gəl, ey müvəkkili-mövt, iştə yox şəfayi-vətən!Qünut, yə's, fütur etməyin, ey əhli-vətən,Fəqət əməllə olur şanü e'tilayi-vətən."Biri" demişdi ki: "Lağlağ ümidi-istiqbal",Əməl deyilmi, quzum, qiymətü bəhayi-vətən?Nə səmtə ətfi-nigah eyləriz qaranlıqdır,Çıx, ey səbahi-səadət, doğ, ey zəkayi-vətən!Fəraq uzandı, gəl imdadə, ey səbahi-vüsal!Unut keçənləri, gul, gul, a dilrübayi-vətən!Həqiqət əhlini, Hadi, xəyalə döndərdi –Könüldə bəslənən ümmidi-irtiqayi-vətən.Qələm, şu vəhynəvimi-kitabi-hürriyyət –Bədialər yaradır, görməyir əmayi-vətən.Qınılma, ey qələmim, vase' eylə meydanın,Nə rütbə olsa da, əhrarə təngnay vətən!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти