Bağlı binaya göndərib
Həşr gəlincə Pünhanı, rəbb haraya göndərib,İsmini gizli saxlayıb, beytini «ayə» göndərib.
Gördü bu dolların dadın, sildi özündən ər adın,Parə dalınca arvadın, kim ki Dubaya göndərib.
Şurəvini hidayətə Məşhədə, Quma cəlb edib,Əhli-İranı işrətə, amma bu taya göndərib.
Aldı bu neftçinin canın, kəsdi maaşda şirvanın,Puşkinə neft fantanın Baxçasaraya göndərib.
Başı burumdu görmürəm, hansı qurumdu görmürəm,Gözləri tumdu görmürəm, çünki Kitaya göndərib.
Ordadı yurdu burdadır, burdadı qurdu ordadır,Bilmədi yurdu hardadır, hardan haraya göndərib.
Çox başa salma qanmazı, qəlbi qaranı pulbazı,Bilmədi tanrı hammızı, dəhrə kirayə göndərib.
Haqqı nahaqla dindirib, haqqı ayağa endirib,Mərdi gədaya döndərib, bağlı binaya göndərib.
Pünhan, ağam kəfən kimi, kəfəndəyəm vətən kimi,Hazır ölü görən kimi, ağı qaraya göndərib.
22 oktyabr 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-bagli-binaya-gonderib
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İndi bu millətdə qeyri-adi bir hal dəbdədir,Qarəbağ çıxdıqca yaddan xoş bir əhval dəbdədir.
Sənk yuSənk yu, yevropian ünvanımızçün sənk yu,Bay ze taym tas yevro qanımızçün, sənk yu.
Bu vəhabi lənətullaİmama qoyub qadağa, bu vəhabi lənətulla,Vahaba gedir sadağa, bu vəhabi lənətulla.
Filansız bilinirDəyişib dövr nə arvad, nə də ki, qız bilinir,Necə Avropa girib şüura amansız bilinir.
Стихи других поэтов · О божественной любви
Dilbəra, şəmsüz-zühadür şöleyi-rüxsariniz,Ayəti-Tahavü Yasin surəti-didariniz.
İsmi pünhan, neçin belə sınıqsanİsmi pünhan, neçin belə sınıqsan?Zülflərin görürəm şanadan qalmış.
هر که را از لوح دل نقش تعلق زایل استمتصل نقش جمال دوست بر لوح دل است
İncizablarımVəhy ilə səmadan enmədir Quran.Quranla pestidən yüksəlir insan.