Naləm şüar olsun gərək
Hər adam öz-özlüyündə iqtidar olsun gərək,Nəfsinə daim müxalif, haqqa yar olsun gərək.
Döndəriblər ölkəni çayxanalar meydanına,Böylə bir meydanda boş laqqırtılar olsun gərək.
Var «Qərar»ın ya ki yox, heç dəxli yoxdur mətləbə,Hər kəsin qəlbində vicdandan qərar olsun gərək.
Parka girdin ya əlində armudu iskanda çay,Ya ki, bilyard taxtasında «kiy»lə şar olsun gərək.
Kor əsasın söykəyər, məscid hələ var olmamış,Bizdə bir gül əksələr, ətrafı xar olsun gərək.
Pul keçirdib bankə bir alman, gözəl bar açdırıb,Sındırıblar ki, faşistlər tarimar olsun gərək.
Bir muzey bağında sürgündür bu gün üç dahimiz,Dahilər fəvvarələr bağında var olsun gərək.
Güllələnmiş heykələ baxsın amerkan, ingilis,Erməni soy vandalizmi aşkar olsun gərək.
Natəvan, Bülbül, Üzeyyur burda dursun yan-yana,Hər nəsildən nəslə heykəl yadigar olsun gərək.
Natəvan yurdun satıb, büstün də atdıq otluğa,Biz kimi bir millətin boynunda dar olsun gərək.
Ağla, həm gül Xan qızı, gül millətin əhvalına,Ağla bərkdən, gül yavaşdan, bizdə ar olsun gərək.
Ölkəmiz «dəstəkli» bir barmaqdır, amma qulpu yox,«Qulp» əgər qulp qoymasa, yer-göy bazar olsun gərək.
Nalədəndir ney kimi, Pünhan, kəsildim bəndü bənd,Nalə tərkin qılmazam, naləm şüar olsun gərək!
20 may 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-nalem-suar-olsun-gerek
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Barmağın hər yanə qoydu əldə barmaq qalmadı,Qarmağın hər yanə atdı bircə qarmaq qalmadı.
Bişərəfindən aman oy!Bu Vətən torpağının bir tərəfindən aman oy!Bu yazıq millətimin bitərəfindən aman oy!
Qarabağ getsə əgərMəni udsun qara torpağ, Qarabağ getsə əgər,Yoxdur haqqım mən olum sağ, Qarabağ getsə əgər.
Başda ayaq gəzdiririkNeçə ildir sinədə Şişəli dağ gəzdiririk,Dağıdır Şişə bizi gözdə bulaq gəzdiririk.
Стихи других поэтов · О природе
Əfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.
GəlibmiDinib-danışsana, ay aşıq Bayram,O bizim dağların yazı gəlibmi?
Şirin qızZərif ayaqların nə qədər incə,Gözəl əndamını onlar xəfifcə
Sonuncu kibrit çöpüSözümüz çəp gəldi şoferlə birdən,Maşını saxladıb düşdüm yerə mən.