Dinib-danışsana, ay aşıq Bayram,O bizim dağların yazı gəlibmi?Əriyibmi o dağların qış qarı,Ağçınqıla qoyun-quzu gəlibmi?

Yellər çırpınırmı, arana sarı,Sellər uçururmu, barı-hasarı.Nərgizlər, lalələr gülürmü barı,Dağların bənövşə qızı gəlibmi?

Heyif ki, vədəsiz talandı Bəsti,Min yol talansa da, qalandı Bəsti.Sazıynan-sözüynən dolandı Bəsti,Bəstinin dağlara sözü gəlibmi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе