Bənövşələr
O yar gəzən oylaqlarda,Bir də açdı bənövşələr.Səpələndi dağa-daşa,Yaldan aşdı bənövşələr.Yaralı bülbüllər kimi,Kola düşdü bənövşələr.Yarəb, o Tutqu çayını,Necə keçdi bənövşələr?Bir quş kimi yoxa çıxdı,Hara uçdu bənövşələr?Bəsti, Xançobanım kimi,Vaxtsız köçdü bənövşələr.
Kitabxana.az · https://kitabxana.az/ru/works/asiq-besti-benovseler
Клавиши ← → для перехода, R — случайное стихотворение