Bu Vətən torpağının bir tərəfindən aman oy!Bu yazıq millətimin bitərəfindən aman oy!

İblisin cəhrəsi hər rəngdə kələflər əyirir,Qarabağçün əyirən sərkələfindən aman oy!

Vətənin qızlarını səhnədə hərraca qoyan,Vətən oğlanlarının bişərəfindən aman oy!

Bakını zəbt eləmək idisə məqsəd, əcaba,Xalqımın bir belə bica tələfindən aman oy!

Analar modabaz isə, atalar rüşvətxor,Bu biyabırçı davamın xələfindən aman oy!

Pünhanın yumşaq üzündən xata gəlməz adama,

Amma ünvanladığı söz hədəfindən aman oy!

7 iyul, 2002

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине