Varlığımdan bezmişəm, bir olmayan var istərəm,Yoxluğumdan gərçi bezsəm, həqqdən dar istərəm.

İxtiyarımdan çıxıb, şəhrim ilə bəhrim mənim,İqtidarımdan çörək yox, qışda mən qar istərəm.

Bit basıb bittənmişəm, alt üst olub lüttənmişəm,Seçkilərdə heç nə yox, əynimdə şalvar istərəm.

Məşdibadın hambalı məndən təmizdir fərqdə,Mən də sən tək, ey vəkil, hər gün «suxoy par» istərəm.

Geymişik bizdən yuxarı abrımız əldən gedib,Dartılan üzdən aşağı pərdeyi-ar istərəm.

Sürtülən çox üzlərin astarı çıxmışdır üzə,Üzdəki astarlara bir üzlü astar istərəm.

Az.TB-dən mən orucluqda «toyuq» reklamı yox,Haqq olan sözdən «obaşdan» ilə iftar istərəm.

Allahından bixəbərlər xalqa qanun yazmasın,İnsana qanun yazan insanı dindar istərəm.

Haqq verən söz sərvətin haqqın yolunda payladım,İndi də Pünhanı ondan həccə zəvvar istərəm.

3 iyun 1998. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви