İbtida xəlq oldu külli-kainat,Oxudum dərsimi əlif-əlifə.Sirri haq yanında eylə aşikar,Xişminən buyurur əlif-əlifə.

Divanə deməyin yazıq Məcnuna,Bulunmaz, dərdimə tapılmaz dava,Demərəm cərraha həkim-loğmana,Qaşların yay kimi əlif-əlifə.

Alıyam, qurbanam haqqın özünə,Onun göndərdiyi haqqı-sözünə.Tab gətirmək olmaz eşqin gözünəƏbcətdən dərs aldım əlif-əlifə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви