Bir elə mövlanın ətəyindən tut,Aləmə imdadı ol, eylər-eylər.Zərrəcə nəzəri olsa üstündəYerdən daş götürsən ləl eylər-eylər.

Böhtan demə, böhtan tutar adamı,Mənim bu sözlərim gövhər mədəni.Cəhənnəm odunnan betər adamıYoxsulluq yandırar kül eylər-eylər.

Alıyam, sözlərim safadır-safa,Dünya müxənnətdir, insan bivəfa.Hökm eyləsə Ağrı ilə o Qafa,Tökər dəryalara sel eylər-eylər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов