Bir gün bir xan məclisdə dedi ki, hər kim öz övrətindən razıdırsa,
ayağa dursun. Hamı qalxdılar ayağa durdular, məgər şəxsi ki, qalxmadı.
Xan dedi: – Ey şəxs, məgər sən övrətindən razısan ki, ayağa
qalxmadın?
O cavab verdi ki, yox, sənə fəda olum, bu gün övrətim qıçıma belə
vurubdur ki, qıçım şikəst olubdur. O səbəbdən qalxmadım.


Bir gün Şirvanın xanı Mustafa xan mərhum məclisdə bir tərəkə-
mədən soruşdu ki, ey şəxs, Allah neçədir?
Tərəkəmə fikir edirdi, xanın dalında duran naziri xandan məxfi beş
barmağın yuxarı tutdu, yəni deginən ki, Allah beşdir.
Xan qəzəbnak olub dedi ki, ey heyvan, nə danışırsan, necə Allah
beşdir?
Tərəkəmə ərz elədi ki, Allah sənin nazirüvə bəla versin, mən ona
deyəcəkdim, o, beş barmağın yuxarı tutdu. Onunçün mən beş dedim.
Xan, Allah ondur.


Bir gün Mustafa xan mərhum, bir şəxsdən soruşdu ki, ey şəxs, to-
yuğun harası yeməlidir və çox ləzzətlidir?
Ol şəxs cavab verdi ki, dərisi hər yerindən ləzzətlidir.
Xan ona xələt verdi.
Bir gün Mustafa xan mərhum, bir şəxsi-digərdən soruşdu ki,
gomuş ətinin harası ləzzətlidir və yeməlidir?
Çün bu şəxs görmüşdü bir nəfər toyuğun dərisin ləzzətli dedi, xan
ona xələt verdi, bu da təqlidən dedi ki, xan, gomuş ətinin hər yerindən
ləzzətli gönüdür.
Xan ona qəzəb edib, məclisdən ixrac elədi.


Bir gün Şamaxıda bir nəfər şəxs bəd əzzöhr vəfat eləmişdi. Qəb-
ristana adam göndərdilər ki, qəbir qazsın. Gurkən qəbri qazdı. Meyit
sahibləri məsləhət görmədilər ki, dar ikindi vaxtı xalqa zəhmət ver-
sinlər. O gecə meyiti evdə saxladılar ki, səhər dəfn eləsinlər.
Xalq dedi ki, qəbrin ağzı açıq qalmaq yaxşı deyildir, şəhərə vəba
naxoşluğu düşər, gərəkdir ki, haman qazılmış qəbirdə bir nəfər adam
bu gecə yatsın, sabah meyiti dəfn edərik.
Qəzara, bir nəfər çoban qəbristan kənarında qoyunların otladırdı,
çobana on manat pul verib razı elədilər ki, çoban bu gecə haman qəbrin
içində uzanıb yatsın. Çoban o gecə qəbirdə yatmışdı. Yanında bir böyük
dəyənəyi var idi. Şəhərdə iki nəfər lotu dedilər ki, elə bu çoban on
manatı yesin getsin? Bu gecə-birimiz Münkər və birimiz Nəkir surə-
tində gedib çobandan on manatı allıq.
Bəs hər biri bir ağ kəfən taxıb, ağacın başına əski və neftlə lopa
qayırıb gəldilər çobanın üstünə. Çoban nə Münkər bilirdi, nə Nəkirdən

**
xəbəri var idi. Gəldilər çobana dedilər ki, “mən rəbbükə”?
Çoban dedi ki, mən ölməmişəm, mən bir nəfər diri çobanam. Mənə
on manat pul veriblər ki, mən bu gecəlik bu qəbirdə yatam. Hələ ölən
sabah gələcək, gedin sabah gəlin.
Lotular əlində olan lopaların silkələyib çobanı vurdular, dedilər:
“mən rəbbükə?”
Çoban çox yalvardı ki, mən ölməmişəm, qulaq asmayıb çobanı
lopa ilə vurdular.
Çoban qəbirdən qalxıb Münkərin kəlləsindən bir dəyənək vurdu,
dərhal məğzi-səri tökülüb, həlak oldu.
O biri yoldaşı üz qoydu şəhərə qaçmağa. Çoban onu qova-qova
saldı şəhərə. Meyit olan evin yanında bir xaraba hamam var idi, lotu
qaçıb gizləndi ol xaraba olan hamamda. Çoban fəryad elədi ki, ay camaat,
bir çıraq gətirin. Çobanın sədasına xalq cəm oldular. Gördülər haman
çobandır ki, on manat alıb qəbirdə yatmışdı.
Dedilər ki, ey çoban, nə var?
Dedi ki, Münkərlə Nəkir səhv edib, məni ölən bilib, qəbristana
gəlib məndən bir para sözlər xəbər alırlardı. Dedim ki, mən ölməmişəm,
meyit hələ sabah gələcək. Qanmadılar, əllərində olan gürzi-atəşin ilə
məni vurdular. Mən qəbirdən qalxıb Münkərin kəlləsindən bir dəyə-
nək vurmuşam, beyni dağılıb, ölübdür. Amma
Nəkir zərbi-şəstimi görüb qaçdı. Onu qova-qova salmışam bu
xarabaya. Allah xatirinə bir çıraq gətirin, əgər onu da öldürsəm, dəxi
qəbirdə olanlarımız rahat yatarlar, Münkər və Nəkirin şərlərindən
salamat olarlar.
Bunlar dedilər ki, yəqin çobanı vahimə basıbdır. Çobanı bir dillə
yola saldılar. Sabah qəbristana gələndə gördülər bir nəfər lotunun
kəlləsi dağılıbdır. Tanıdılar. Yoldaşın dəxi bildilər ki, kim imiş və nə
üçün qəbristana gediblərmiş, – hamıya məlum oldu.


Qarabağlı Talıb xan, nağıl edirlər ki, bir gün şikara getmişdi. Bir
qırqovul tutmuşdu. Axşam mülazimlərinə dedi ki, siz bu qırqovulu bu-
xarıda şişə çəkib bişirin, mən yorulmuşam, bir qədər yatım, durub
yeyəcəyəm.
Talıb xan yatdı. Nökərlər qırqovulu bişirdilər, özləri yedilər. Şişi
boş buxarının yanına söykədilər. İki-üç saatdan sonra Talıb xan xabi-
qəflətdən bidar oldu, dedi ki, gətirin qırqovulumu.
Nökərlər hamı şəhadət verdilər ki, ağa, sən qırqovulu yedin, yatdın.
Talıb xan dedi ki, doğrudur; çünki ciyərim çox yanır, məlum ki, yemişəm,
yatmışam. Bəs bir qədər su verin. Suyu içdi, yenə yatdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви