Derdim ki, könül zirü zəbər olmasın, oldu,Həmvarə gözüm əşklə tər olmasın, oldu.

Derdim ki, xətin tutmaya dövri-məhi-ruyin,Bu fitnə əyan dövri-qəmər olmasın, oldu.

Ömrüm tükənib, oldu nihayət şəbi-vəslin,Etdim ki dualar, bu səhər olmasın, oldu.

Baği-dili-şeydadə olan nəxli-məhəbbət,Derdim belə bibərgü səmər olmasın, oldu.

Çəkdim o qədər ah ki, ol sərv cəmalıSərkəşlər üçün məddi-nəzər olmasın, oldu.

Rəşk öldürəcəkdi məni, ol muy-miyanınOrtayə gəlib zibi-kəmər olmasın, oldu.

Макта — последний бейт с тахаллусом поэта. Seyyid, dilüvi lal eləsin qadiri-sübhan,Derdim ki, dili-yarə kədər olmasın, oldu.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов