Çamlı beldən durub səfər eylədim,İslambolun güzərinə gəlmişəm,Ya qismət gətirib bu yerə məni,Ya əcəlin bazarına gəlmişəm

Bir ah çəkdim ərşə zəminə düşdü,Ələm oxu bir-birilə ötüşdü,Namə gəlib Çamlı beldə yetişdi,Mən bir yarın iqrarına gəlmişəm

Mövla ismi bil əzbərdir dilimdə,Zərrəcə qəm gəlməz mənə ölümdə,Başım ətəyimdə, qılınc biləyimdə,Görmək üçün didarına gəlmişəm

Qoç igidin bu tövr olur iqrarı,Yarsız necə tutar səbr ü qərarı,Dəmirçi oğlu budur Koroğlu,Yarı, şirin dəhən güftarına gəlmişəm

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти