Mənəm mənəm deyib dava qılanda,Ərəb atı qoç igidin günüdürAt səkirdəndə nal qırılanda,Qabağında duran dayaq günüdür

Yol yürürkən rast gəldiyim davada,Kəllə dəyər nişan qalar aradaQanım qiyməti də olsa əgər iradə,Çərkəs peykan xədəng oxun günüdür

İki əsgər bir-birinə varanda,Aralığa quru dava salandaAt yorulub yerdə yayan qalanda,Qara polad şol qılıncın günüdür

Koroğlu gəl dilər savaş qurmağa,Qoçaqların muradını verməyəKös nağara çalınır qan almağa,O şeyx oğlu şeyx Abbasın günüdür

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов