Yoldaşlarım bu gün dava günüdür,Hazırlaşın mövlam sizə yar olsunQeyrət əhli qızıl qana bələnsin,Qeyrətsizi qoy tapdasın xar olsun

Mənəm deyən kəslər girsin meydana,At səkdirsin meydanda mərd mərdanəUtansın namərdi bəsləyən ana,İşi daim onun ah u zar olsun

Həzrət Əli kimi nərələr çəkən,İgidlərin bağır öpkəsin sökənƏyri qılınc çəkən qızıl qan tökən,Əsir kimə vur əllərin var olsun

Meşədən enərkən çamlı dağından,Çəkinməyək haramidən yağıdanSəflər pozan düşmənləri dağıdan,Önündəki düşməndən xəbərdar olsun

İgid odur öz özünü qaynada,Dava günü meydanda baş oynadaNamusu qeyrəti verməyək bada,Meydandan qaçana namus ar olsun

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов