Zülali-ləblərin “eynən tüsəmma səlsəbil” oldu
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Zülali-ləblərin “eynən tüsəmma səlsəbil” oldu,Dedim bir cürə ondan, aləmə qanım səbil oldu.
Dəhanından səri-mu qədri söz izhar qılmışdım,Düşüb söz aləmə varü yox üstə qalü-qil oldu.
Desəm peyğəmbəri-əsrəm, degildir küfr, zira kim,Pəyamım vəhyi-münzəl, qasidim bir Cəbrəil oldu.
Əgərçi, yandı könlüm hicr odundan, kuyüvə, ey məh,Qaranqu gecələrdə şöleyi-ahım dəlil oldu.
Ayırdı ol əzizi nagəh ixvanın cəfasından,O Yusif firqətindən hər gözüm bir rudi-Nil oldu.
Çü gördü qəmzeyi-fəttanını, xovfindən Əzrail,Kəməndi-zülfüvə saldı özün, miskin dəxil oldu.
Макта — последний бейт с тахаллусом поэта. Zərurətlə çü gəldi aləmi-nasutə ol gülrux,Əzizi-aləm ikən Seyyidin xarü zəlil oldu.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-zulali-leblerin-eynen-tusemma-selsebil-oldu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Oldu sünbüllər xəcil zülfi-pərişanın görüb,Qönçələr qan oldular ləli-dürəfşanın görüb.
Ol ahu gözlü, deyirlər, bu gün şikarə gedibOl ahu gözlü, deyirlər, bu gün şikarə gedib,Alıbdı səbrü qərarimi aşikarə, gedib.
Bu naməni ki, yari-dilaram göndəribBu naməni ki, yari-dilaram göndərib,Canə sürur, könlümə aram göndərib.
Bu gələn kimdi ki, yüz vəlvələ Şirvanə salıbBu gələn kimdi ki, yüz vəlvələ Şirvanə salıb,Qülğülə, hüsnü onun, aləmi-imkanə salıb.
Стихи других поэтов · О любви
Neyləyim, ey dil ki, o dilbər ola canım mənim,Qəlbimin sirrini duya qəlbilə cananım mənim.
SevdiyimEy ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
SənsənBaşına döndüyüm gül üzlü yarım,Bizim bu dağların maralı sənsən.
Şuri-eşqin başıma axırı sövda gətirirŞuri-eşqin başıma axırı sövda gətirir,Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.