Bir də bəzmimdə mənim ol büti-novşad olumu?
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Bir də bəzmimdə mənim ol büti-novşad olumu?Görəsən qəmli könül bir də dönüb şad olumu?
Ol qədi sərvi-rəvan başə salarmı sayə,Dili-qəmpərvərimiz qüssədən azad olumu?
Özün insaf qıl, ey padişəhi-kişvəri-hüsn,Səni əğyar ilə gördükdə könül şad olumu?
Zülfi-müşkinini eylərmi genə canə kəmənd?Genə dil seydinə ahu gözü səyyad olumu?
Cövri-yar oldu füzun, saqi, gözün qurbanı,Rahət üçün mənə mey ta xəti-bəğdad olumu?
Özün insaf elə, ey ləbləri şəhdü şəkkər,Ləbi-şirinüvə bir mən təki Fərhad olumu?
Макта — последний бейт с тахаллусом поэта. Almadı tərbiyətin piri-muğanın Seyyid,Cövhəri naqis olan qabili-irşad olumu?
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-bir-de-bezmimde-menim-ol-buti-novsad-olumu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çün gəlir rüxsarə xət, hüsnün lətafətdən düşər,Ləkkədar olsa əgər əlmas qiymətdən düşər.
Ey gül, sənə hali-dili-şeydanı deməzlərEy gül, sənə hali-dili-şeydanı deməzlər,Hali-dili-zari-məni-rüsvanı deməzlər.
Aşiq əgərçi yarı görüb könlü şad olurAşiq əgərçi yarı görüb könlü şad olur,Amma ki, çərx cövrü ilə namurad olur.
Yüz sərvi-xuraman ola, könlüm səni istərYüz sərvi-xuraman ola, könlüm səni istər,Yüz baği-gülüstan ola, könlüm səni istər.
Стихи других поэтов · О любви
Uyma, ey könlüm, vüsali-yarə, hicran yaxşıdır,Naz edincə aşiqə zülm etsə canan, yaxşıdır.
GörməkdəyəmMilləti-məhzunu binitqü nida görməkdəyəm,Mübtəladır cəhlə, dərdin bidəva görməkdəyəm.
Saqiya, mey ver ki mən meyxanədə küllənmişəmSaqiya, mey ver ki mən meyxanədə küllənmişəm,Qəm hücumundan qaçıb bir küncdə gizlənmişəm.
Telefon söhbətiSən məndən uzaqsan, mən səndən uzaq,Uzaqdır sevimli gözlərin mənə.