Çün gəlir rüxsarə xət, hüsnün lətafətdən düşər
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Çün gəlir rüxsarə xət, hüsnün lətafətdən düşər,Ləkkədar olsa əgər əlmas qiymətdən düşər.
Laleyi-ruyin edər çün daği-pinhan aşikar,Sünbüli-geysulərin tabü təravətdən düşər.
Lal olur aşiq, gedər çün hüsnü əldən dilbərin,Rəsmdir, fəsli-xəzan bülbül fəsahətdən düşər.
Xət gələndə, xəlq ara məşuq olur bietibar,Filhəqiqət, hakimi-məzul hörmətdən düşər.
Ol qədər cövr etmə üşşaqə ki, çəksin səndən əl,Şəh rəiyyətsiz ola, əlbəttə, şövkətdən düşər.
Bu qədü rüxsar ilə seyri-gülüstan eyləsən,Gül giribançak olur, sərv istiqamətdən düşər.
Макта — последний бейт с тахаллусом поэта. Seyyida, gəldikcə ol rüxsari-atəşgunə xət,Günbəgündən sineyi-aşiq hərarətdən düşər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-cun-gelir-ruxsare-xet-husnun-letafetden-duser
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey oğul, nifrət eylə vahimədən,Vahimə şumdur, müxərribi-tən.
İskəndər dövründə iki həkimVardı İskəndər əsri iki həkim,Mülki-Yunanda, vacibüt-təkrim.
Xeyir söyləməzin hekayəsiVardı bir xeyrsöyləməz nadan,Dilinə xeyr gəlməyib bir an.
Toxucunun hekayəsiVar idi İsfəhanda bir nəssac,Toxudu şahə bir gözəl dibac.
Стихи других поэтов · О любви
Dedim: Dilbər, getmə, bir də danışaq,Dedi: Sözüm yoxdu, bəhanədi bu!
مکن از برم جدایی، مرو از کنارم امشبکه نمیشکیبد از تو دل بیقرارم امشب
GözəllikDaş-qaşlda axtarma gözəlliyi sən,Gözəllik çəməndə, çiçəkdə olar.
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,