İskəndər dövründə iki həkim
Vardı İskəndər əsri iki həkim,Mülki-Yunanda, vacibüt-təkrim.Onların düşdü çün mübahisəsi –Ki, nədəndir zəmanə hadisəsi?Ol nə bürhan gətirdi hüccət ilə,Bu onu rədd edirdi hikmət ilə.Hər nə mətləb ki, qıldı bu ünvan,Ol gətirdi buna gözəl bürhan.Hərçi ilzamə oldular talib,Birinə olmadı biri qalib.Aqibət şərt qıldı iki təbib,Hərə bir zəhr eyləsin tərtib.O bunun zəhrini içə, bu onun,Ta bu sevdadə kim olur məğbun?Birisi şərbət eylədi tərtib,Zəhr hazır qılıb ikinci təbib.Bir-birə verdilər məhabət ilə,Birisi içdi zəhri cürət ilə,Bilmədi zəhr olduğun anın,Belədir müqtəzası dövranın.Etmədi xövf səmmi-nafizdən,Qaldı ol şirdil səhihbədən.Ol biri içdi xövf ilə şərbət,Dari-dünyadən eylədi rehlət.Öz işindən onu qiyas etdi,Vəhşətindən zəmanədən getdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-iskender-dovrunde-iki-hekim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yarəb, gətirdi təngə bu dərdü bəla məni,Etdi qəza həzar qəmə mübtəla məni.
Zülm etmə deməm mən sənə ey dilbəri-novşadZülm etmə deməm mən sənə ey dilbəri-novşad,Bir üzri-sitəmlə nola qılsan məni dilşad,
Nə məhrulər cəfasın çəkməyə tabü təvanım varNə məhrulər cəfasın çəkməyə tabü təvanım var,Nə məhrulərdən ayrı natəvan cism içrə canım var.
Görcək ayinə rüxün ah eləmək müşküldürGörcək ayinə rüxün ah eləmək müşküldür,Dərd əlindən səni agah eləmək müşküldür.
Стихи других поэтов · О судьбе
Düşmüşük bir dövrə ki, dövranə tab istər könül,Ağlamaqçün bir-iki yaylıq, bir də qab istər könül.
Dəhr dərmandələrdən müşkili asan eylərDəhr dərmandələrdən müşkili asan eylər,Hicr ilə dərd birdir, vəslilə dərman eylər.
Ağlar ürəyim, səs gələr, ah-azar görünməzAğlar ürəyim, səs gələr, ah-azar görünməz.Gözdən yaş axar, qaynağı zinhar, görünməz.
Qəzəl: Şuri-cünuni-aşiqin başına rifət verirŞuri-cünuni-aşiqin başına rifət verir,Hər kəsə dünyada haqq əqlicə dövlət verir