Düşmüşük bir dövrə ki, dövranə tab istər könül,Ağlamaqçün bir-iki yaylıq, bir də qab istər könül.

Biz təqaüd əhliyik, bir növ yarım insanlarıq,İqtidardan duz-çörək, bir az da ab istər könül.

Səkkiz ildir ki, həyətdə manqalı qanqal basıb,Ət, balıq bir yanə, kartofdan kabab istər könül.

Biz doşab aldıq, ümid etdik ki, bəlkə bal çıxa,Həm doşabdan olduq, həm baldan, doşab istər könül.

Seçkilər vaxtı vəkillər xəlqə çox vəd etdilər,İndi eldən gizlənib, onlar niqab istər könül.

Ey vəkillər, biz də insanıq axı sizlər kimi.Hər səhər türk pendiri, axşam qutab istər könül.

Düz bir aydır bir qızı görməkçün həsrət qalmışam.Vəsl üçün başmaq ilə bir cüt corab istər könül.

Çərxi korlanmış fələk də bəndədən rüşvət dilər,Bir sevinc bəxş etməyə yüz iztirab istər könül.

Başdadır, Pünhan, qüsurlar ki, bədən zillətdədir,Məhv olub getmiş şüurlar inqilab istər könül.

18 iyul 1996. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе