Ünvanı, o ünvan deyil
Yüksələn alçaqların yüksəlməsi nöqsan deyil,Xisləti alçaq olan, alçaqlığa peşman deyil.
Sən çalış Cənnətməkanın daimi Sultanı ol,Bu fəna dünyada heç kim daimi sultan deyil.
Bir şahım yox, amma Şirvanşahların nəslindənəm.Mən nə Şirvanşahəm, ey dil, qismətim şirvan deyil.
Çox hənalar görmüşəm İranda mən, Turanda mən,Leyk bu özgə hənadır, bu həna ondan deyil.
Səd heyf, mədh etdiyin insanları səhv salmısan,Eynidir soy-adları, ünvanı, o ünvan deyil.
Üstünə yorğan çəkib, bərk uydurublar milləti,Ağ kəfəndir, qafila, üstündəki, yorğan deyil.
Səs verin Sahib Zamana, şur ilə Qaim deyin,Ondan özgə kimsə bu haqsızlığa dərman deyil.
Babu-Kubəm, babu-Kəbəmdən alıb öz səmtini,Kubə Kufə, Kəbə olduğu pünhan deyil.
Sabira, səbr et dedin Pünhana hər müşkül ola,Tapdananda namus, ar səbr eyləmək asan deyil.
24 iyun 1998. Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-unvani-o-unvan-deyil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hörmətli məmur dostum! Böyük məbləğdə rüşvət verib 10-15 bakılının evinin sökülməsinə və özünə villa tikmək üçün həmin torpağın alınmasına nail olduğunu eşidəndə ürəkdən sevindim. Səni bu münasibatlə təbrik edirəm.Əziz dost! Bilirdim işə girmək üçün neçə aydan bəri 200 dollar pul axtarırsan. Eşidəndə ki, keçən həftə "İnturis"tin qabağından tərpənən "Mersedes-600" ün dal çarxının altına ayağını qoyub sındırmısan və bunun əvəzində maşın sahibindən 100 dollar pul almısan, çox sevindim. Deyirəm, heyif ki, iki ayağı bir başmağa təpmək olmur. Yoxsa işin tamam-kamal düzələrdi.
Univermaqda qatarBir nəfər Mərkəzi Univermaqda camaatın get-gəl yerində 15-20 dəqiqə o yan-bu yana baxa-baxa dayanandan sonra deyir:– Pah atonnan, bu zəhrimar harda qaldı görəsən?
Yanıq KərəmiBir azərbaycanlının evinə Uraldan qonaq gəlir. Onlar yeyib içə-içə televizora baxırlar. Bu zaman Ədalət Nəsibov sazda "Yanıq Kərəm"i çalmağa başlayır. Onun çaldığı alət rusa tanış kəlir. O soruşur:– Eto çto za instrument?
İş məhkəməlik olacaqSon zamanlar qəzetlər elə şeylər yazırlar ki, adamın heç inanmağı gəlmir. Biri deyir, iqtidarda elə adamlar var ki, müxalifətə "işləyir". O biri deyir, müxalifətdə elələri var ki, iqtidara "işləyir". Bu yaxınlarda isə qəttəzə bir şey oxumuşam. Yazır guya iqtidarda elə adamlar var ki, xalqa işləyir. Elə o gündən bütün məmurlar bir-birinə dəyib həmən adamları axtarırlar...
Стихи других поэтов · О родине
Uzanır danışıqlar,İmzalanır sənədlər.
NədirAhü fəryad eyləyirsən, söylə, fərmanın nədir?Məqsədin bildir nə şeydir, ahü əfğanın nədir?
AyrılıqSinəmi yandırır yenə ayrılıq,Nələr çəkdirməmiş mənə ayrılıq.
MillətÇalındı suri-İsrafil və bidar oldu hər millət,Ayılmır xabi-qəflətdən hələ bu bixəbər millət.