Ayrılıq
Sinəmi yandırır yenə ayrılıq,Nələr çəkdirməmiş mənə ayrılıq.Gəlsənə insafa, dinə ayrılıq,Məni güldürən də, ağladan da sən.Kədərlə dost edən hər zaman da sən.
Sən bizim ellərə bir sirdaş oldun,Duyan könüllərə bir yoldaş oldun.Ölkəmdə qanunsuz vətəndaş oldun.Sən elin qəlbinə bir dağ olmusan,Dillərdən dillərə soraq olmusan.
Məndən soruşsalar bu dünyada ki,Nədir qövr eyləyən ürəyindəki?Deyərdim: yurdumu kim bölmüş iki?Mən onun özünü bölərdim, inan,Nələr çəkməmişdir el ayrılıqdan?
Ayrılıq, ayrılıq, aman ayrılıq.Sinəmi yandırır yaman ayrılıq.Artıq gəlib çatmış zaman, ayrılıq,Bizim obaları, elləri tərk et.Keç, bizim diyardan uzaqlara get!
Bu bir xəyal deyil, bir gələcəkdir,Ayrılan ürəklər birləşəcəkdir.İntizar könlüm də dincələcəkdir.Həyat öz hökmünü vermişdir artıq,Ölümə məhkumdur hicran, ayrılıq.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hekime-billuri-ayriliq
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Vətəndir könlümdə şirin arzular;Vətəni sevməyən olar zəlil, xar.
Sənin nəyin varQəvaməssəltənəyə*Sən, ey alçaq xain, zülmkar Qəvam!
Boğar dalğasında səni inqilabSən, ey insanlığın quduz düşməni!Hələ qurumamış əllərində qan.
İnanıram o parlaq günəSən ey sərxoş xain yaxşı bir dayan,Tutacaq ədalət sənə bir divan!
Стихи других поэтов · О разлуке
Gedərdi sinəmdən bu dağ həsrət,Əgər sənin cəmalını görsəydim,
QəribAğlamaqdan gülməz imiş şad olub bir dəm qəribFikri-zikri olubanu dərd ilə ney dəm qərib
AğlaramSeyri-gülüstanda, Kür kənarında,Bu gün bir həsrətkeş qalıb ağlaram.
Bəlkə də bezmisənBəlkə də bezmisən,bəlkə bu, düzdür.