Sən, ey insanlığın quduz düşməni!Hələ qurumamış əllərində qan.Unutma, yaxşı bil odlar VətəniBir gün yapışacaq sənin yaxandan!

Bilmədin şərafət nədir dünyada,Nə edib günahsız analar sənə,Əsla acımadın, aha, fəryada,Etdiyin sitəmdən doymadın yenə.

Ey qaranlıq gecə, “boğdun” gündüzü –O gözəl həyatdan qoymadın əsər...Nə aman sədası, nə fəryad sözüO daş ürəyinə etmədi əsər.

Yaratdın ölkəmdə faciə, dəhşət,Çirkin əməlindən çəkinib utan!Coşur könlümdəki bu dərya nifrətBoğacaqdır səni kinim bir zaman!

Etdin quduz kimi hər yana hücum,Doğdu əməlindən fellər, fitnələr.Həyat olmamışdır ölümə məhkumHər gecədən doğar parlaq bir səhər.

Gözlə o günü ki, zaman dəyişər,Səadət günəşi doğar elimə;Dedim hər gecədən doğar bir səhərMəhkum olmayacaq həyat ölümə.

Ölməz tarix boyu sənətim, dilimYanıb kül olsa da min dəftər, kitab,Silaha əl atar yenidən elim,Boğar dalğasında səni inqilab!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов