Tarixi yenidən varaqlayaraqYaxın keçmişimi duydum dərindən.Yenə hiss elədim qəlbimdə vüqar,O keçmiş günləri düşündükcə mən.

Üç il bundan əvvəl, xatirimdədirÖlkəm al geyinib yüksəlirdi, bax,Ellər bayram deyib şadlıq edərkən,Komamda əyləşib qarşımda çıraq –

Səadət nəğməsi qoşurdum mən dəÖz ana dilimdə fədailərə.Görüb qüdrətini ana vətəninUmud bəsləyirdim doğan səhərə.

Azər oğulları, Azər qızları,Birlik qazandılar vuruşmalarda.Nurlu tellərini yaydıqca günəşNura qərq olurdu bizim diyar da.

Zülmət bir kölgətək uçub gedərəkÖzüylə apardı şərri, fəsadıRüşvətin, terrorun və quldurluğunSilinib bilmərrə qalmadı adı.

Ana körpəsini oxşayan zamanOnu öz dilində tərənnüm etdi.Sevib, əzizləyib basdı bağrına,Qəlbindən illərin kədəri getdi.

Yaxşı yadımdadır, qoca atamıBaşqa bir qocanın təbrik etməsi. –Əbədi bir həyat duyuram, – dedi, –Hər an eşidərkən zəfər nəğməsi. –

Haman səadəti, haman ağ günüA dostlar! yaradaq yenə vətəndə,Açaq xalqımızın bağlı dilini,O günə söz qoşum şerimlə mən də.

O şərəfli keçmiş bir həqiqətdir,Bu gün bizlər üçün olub xatirat.O günki səadət qayıtsın gərəkYenidən qurulsun şərəfli həyat.

O günə inanıb yaşayıram mən,Çün ölməz arzu, dəyişməz məram.Bilirəm qəhrəman xalqımız yenəŞən həyat uğrunda edəcək qiyam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине