Nə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,Qanə döndü bu çeşmimin seyləri,Seylər nə diyarə getdi, sevdiyim

Sizə mən söyləyim, qayalar, daşlar,İldə bir kəz meyvə verən ağaclar,Ustasından dəstur almış anaşlar,Quşlar nə diyarə getdi, sevdiyim

Göydə süzən al və yaşıllı quşlar,Ağ appaq qular, qara qarquşlar,Yolun qırağında əlvan çiçəklər,Çiçək nə diyarə getdi, sevdiyim

Ağlıyıb ağlıyıb girdim yollara,Gözüm yaşı döndü axar seylərə,Mehri getdi qərib qürbət ellərə,Ellər nə diyarə getdi, sevdiyim

Bundan sonra yəqin oldu ıraqlar,Səninlə sevdiyim oldu fıraqlar,

Yüzün üstə axan dürrü bulaqlar,Bulaqlar nə diyarə getdi, sevdiyim

Xurşidəm məndə girdim bu halə,İnçəldi qamətim, döndü hilalə,Şükr etdim Mövlayə gəldim bu alə,Bu al nə diyarə getdi, sevdiyim

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине