Şaiqa, neyləsin axır, söylə, biçarə vətən?Tapmayır səhhət üçün dərdinə bir çarə vətən.Yoxdur ümmidi-şəfa hali-pərişanında,Oxşayır çox belə bir xəstəvü bimarə vətən.Vətən oğlanları müstəğrəqi-xabi-qəflət,Tuş olubdur neçə min zalimi-xunxarə-vətən.Doğranıb tiği-cəfa ilə mübarək bədəni.Çəkilib zülm ilə Mənsur kimi darə vətən.Ucalıb göylərə ətfali-vətən fəryadı,Qan ilə yazmış “ənəlhəq” dərüdivarə vətən.Vətən övladı ki, qəflətdə yatıbdır şəbü ruz,Şaki olmaz, nə əcəb, Əhmədi-muxtarə vətən.Hanı Faruqi-müəzzəm, hanı ol əzmi-qəvim –Ki, kəramət ilə qalib ola əşrarə vətən?Hanı ol şiri-xuda kim, özü yetsin dadə,Dinü millət gedir əldən, yanır odlara vətən?Hanı Bağdad kütubxanəsi, Harun dövrü –Ki, təvəffüq edə islam ilə küffarə vətən?İbni-Xəldun, hanı Əllamə, hanı ibnər-Rüşd?Fəxri-Razi hanı razın deyə ol yarə vətən.İbni-Sina hanı, Sədra hanı, Firdovsi hanı –Ki, mübahət edə bu əsrdə onlara vətən?!Bəradər!Biz əgər olsa idik ayeyi-qurana müti.Olmaz idik belə sərgəştəvü avarə vətən.Yenə bu dərdlərin çarəsi Bakidən olur.Çeşmi-ümmid tutubdur ora həmvarə vətən.Dəm o dəmdir ki, vuraq dəmi-ünsiyyət,Bəsdi bu cəhli-şəqavətlə yana nara vətən.Vətənin illətinə beyti şəfadır Baki,Bu məkandan tapacaq çarə dili-zarə vətən.Çeşmeyi-abi-həyat orda olur çün cari,Xızrı rəhbər qılıb ol mərdümi-huşyarə vətən.Xassə bu dərdə gözəl nüsxələr “İrşad” yazır,Gələr ol niqti-Məsiha ilə köftarə vətən.Çoxdur ümmid bu tədbir ilə tapsın Səhhət,Dəf olub illəti qəmdən dəxi qurtarə vətən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине