Mən də
Mən də bir şairəm sinəsi dağlı,Ayrılıq nəfəsli, hicran soraqlı.Vətənin qapısı üzümə bağlı,Hər axşam bu dərddən alışır sinəm,Vətən həsrətliyəm, el həsrətliyəm.
Həyatın öz səsi, gur səsiyəm mən,Varlığın bir səhər nəfəsiyəm mən.Haçandır azadlıq təşnəsiyəm mən,Qəlbimdə məhəbbət bulağı çağlar,Bir gözüm güləndə, bir gözüm ağlar.
Səhər oyanmamış, günəş gəlməmiş,Arzular üfüqün özütək geniş,Torpağa, insana, günəşə alqış.İnsan arzuları günəşdən uca,Baxdım dan yerinə, baxdım doyunca.
Dəniz ovsunlayıb ayı da alır,Çəkir sinəsinə, sular qaralır,Qızılı bir şəfəq sularda qalır,Açır gözlərini oyanır səhər,Başlayır uğurlu bir aydın səhər.
Budur, nəfəs alır küçə, xiyaban,Dəniz lap birinci qalxır yuxudan.Həyatın zinəti ey ulu insan,Dənizə, günəşə, sənə vurğunam,Vurğunam, vurğunam, yenə vurğunam.
Məşəltək alışan bir ürəyəm mən,Səhərə nur verən bir diləyəm mən.Bir ölməz arzuyam, bir istəyəm mən.Dağlardan möhkəməm, zirvədən uca,Qalsın arzularım dünya durunca.
O tayda, bu tayda məşəl yandıran,Səhərin yolunu işıqlandıran,Göylərdə günəşdir, həyatda insan,İnsan arzuları, günəşdən uca,Baxım dan yerinə ömrüm boyunca.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hekime-billuri-men-de
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Necə yaradardım surətini mən;Vəfalı, mehriban, qayğıkeş, mətin.
Hər səhər, hər axşam kəsib yolumuHər səhər, hər axşam kəsib yolumu,Deyirsən, sevirəm, könül ver mənə,
Həyat lövhələriİstərəm hər axşam yanında qalım,Başını sinəmin üstünə alım,
Sən yadıma sal45 il, elə bil, göz qırpımındaÖtüb keçdi desəm, olacaq yalan.
Стихи других поэтов · О разлуке
Ala gözlü, sərv boylu dilbərim,Həsrətin çəkdiyim canan, bəri bax.
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Рубайят, 143دوش از غم هجرت ای بت عهدشکنچون دوست همی گریست بر من دشمن
Ölüm həqdəndir, əmma növcəvan ölmək nə müşküldürМы жить не можем, смерть поправ,— как тяжко умирать!На жизнь имея столько прав, как тяжко умирать!