Necə yaradardım surətini mən;Vəfalı, mehriban, qayğıkeş, mətin.İllərlə qəlbimdə həsrətin yatır,Gözümdə, könlümdə qalmış surətin.

Ürəyin bir ümman, göz yaşlarınsaHesabsız, qiymətsiz mirvarilərtək.Ruhunda susmayan qasırğa, tufan,Ürəyin tufana düşmüş bir çiçək.

Təmkinin, dözümün sonsuz meşələr,Hər dərdə, hər qəmə məkan tapılar.Ürəyin nə yatar, nə də dincələr,Səndə hər qayğıya imkan tapılar.

Ayda, ildə sənə bir məktub yazar,Alışıb yanıram həsrətində mən.Bir əlim yazdıqca bir əlim pozar.Yaxşıyam nigaran olma heç də sən.

Adına həsrətdir dəftər-kağızım,Yolumu gözlərdi yanaşım ona.İndi artıq yoxsan, daha nə yazım,Əbədi sənsizəm, sənsiz, ey ana.

Uzaqdan üstümə düşərdi kölgən,İndi nə qayğın var, nə məhəbbətin.Bir görüş arzusu qaldı, bir də mən,Bir də ürəyimdə sonsuz həsrətin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке