Nə gözəldir səhərin şəfəqləri yananda,Əvəzsizdir kainat təbiət oyananda,Oyananda meşələr, oyananda ağaclar,Oyananda yamyaşıl, zümrüd rəngli yamaclar,Göz dikəsən alışan, yanan dan ulduzuna,Səhərlərin hamıdan tez oyanan qızına.Göz dikərək baxasan dan ulduzu batanda,Al Günəş də üzündən örpəyini atanda.Gözəldir günortanın hərarətli çağları,Günəş qızdıran zaman, səhraları, bağları,Çayların sularını isindirəndə Günəş,

Göydən günorta çağı yerə yatanda atəş,Sevirəm səhər kimi alışan qürubu mən,Kaş onu illər boyu seyr edəydim yenidən.Quşların bulud kimi göy üzünü aldığıAnları sevirəm mən.Üfüq əvvəl qızarır, sonra səma qaralır,Meşələr fikrə dalır, yamaclar fikrə dalır.Göylərin üzərində şəmlər alışıb yanır,İnsanın ürəyində min bir dilək oyanır.Sevirəm gecələri,Gecənin özü kimi dilsiz düşüncələri.Susum, sakit olum uşaqlığımdakıtək,Fəqət danışsın külək.Ötən macəraları atam bir-bir danışsınSonsuz maraq içində.Onun nağıllarında seyr edim dörd fəsli mənKiçik otaq içində.Sevirəm səhər kimi gecənin özünü də,Axşamın söhbətini, axşamın sözünü də.Fəqət sən bizimlə ol,Hamı evində olsun.Piyaləmiz qürubun sevinci ilə dolsun,Gecənin sükutunu pozmasın güllə səsi.Qaralmasın kimsənin sinəsində nəfəsi,Nə hərb olsun, nə də qan.Sevirəm təbiətin hər çağını hər zaman,Günortanı səhərdən, səhəri günortadanAyıra bilmir ürək.Hər günün, hər bir anınÖz sonsuz bəzəyi var.Həyat olsun həmişə,Bir də böyük arzular.Ömr eləsin, yaşasınHər insan bu dünyadaNə qədər ki, arzular.Günorta axşam olsun, axşam səhər gətirsin,Gələn hər bir günümüz yeni zəfər gətirsin.

Mən olmasam da əgər,Seyr etsin balalarım.Duysun gözəlliyini təbiətin, varlığın.Bəlalardan uzaqda –Azad olmuş torpaqda,Daşın atsın darlığın.İnsanlar ömr eləsin bu dünyada doyunca.Çox demirəm, yaşasın hər kəs öz məhəbbəti,Arzuları boyunca.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов