Bir nəğmə itirmişəm,İtən yar nəğməsiydi.O bir etibarsızınEtibar nəğməsiydi.

Vüsalı acı hicran,Gülüşü qarlı boran,Ayrılıb gedən zaman,Ürəyimi qoparan,Boran, qar nəğməsiydi.

Kədərliydi ney kimi,Ona saldım meylimi,Bir nəğmələr selimi?Füzulinin qəzəli,Şəhriyar nəğməsiydi.

Həyatın tufanında,Qarında, boranında,Ömrün hər bir anında,Ümid ağacım olan,Özü möhtacım olan,Bir dildar nəğməsiydi.

Yazıq bağbanlar kimi,Gül əkdi, xar bitirdi.Çətin tapdı gülünü,Asan salıb itirdi.Gözlənilməz, bir qəfil,İlk xəzana tuşlaşanSon bahar nəğməsiydi.

Bir ürəyin təlaşı,Ayrılığın göz yaşı,İtib, batan sal daşı,Mənə biganələrdən,Daha biganə olanBir əğyar nəğməsiydi.

Ovlayaraq qəlbimi,Uçdu göyərçin kimi.Titrək könül lələyi,Röyalarda mələyim,İstəyim, arzum olanBir nigar nəğməsiydi.

Vüsalı acı hicran,Gülüşü qarlı boran,Sevincimi aparan,Ürəyimi qoparan,Bir də geri dönməyən,İtən yar nəğməsiydi.

Bir nəğmə itirmişəm,İtən yar nəğməsiydi.O bir etibarsızın,Etibar nəğməsiydi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов