Qaranquşlar qayıdanda
Gələcəyəm sənə qonaqQaranquşlar qayıdanda.Məni gözlə, məni ancaqQaranquşlar qayıdanda.Bulud göydən uçan zamanMəni gözlə!Günəş nurun saçan zamanMəni gözlə!Yasəmənlər açan zamanMəni gözlə!Məni gözlə, məni axtarQaranquşlar qayıdanda.Gələcəyəm gələn baharQaranquşlar qayıdanda.Duman alsa o dağları,Darıxma, gəl!Güclü yellər titrətsə də budaqları,Darıxma, gəl!Dünyanın xoş sabahı var,Seyrə dalsan yaxınları, uzaqları,Darıxma, gəl!Qaralanda uzaq yollar,Gələcəyəm, sevimli yar,Gələcəyəm mən bu baharQaranquşlar qayıdanda.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hekime-billuri-qaranquslar-qayidanda
Клавиши ← → для перехода, R — случайное стихотворение