“Yoldaşım üçün göz yaşı”
Getdin, niyə gəlmədin, həbibim?Ey vah, o nasıl yaman gedişdi.Atdın vətəni neçün, qəribim,Arxandan əcəl məgər yetişdi?Ax, bilməyirəm nə növ qıymış,Qurşunla səni edən kəs itlaf?İnsanlar, aman nə zalım imiş!“Şeytanlar edərdi bəlkə insaf!”Uçdun, mələkim, neçün yox oldun?Əflakə apardımı mələklər?Rəna çiçəyim, nə tezcə soldun?!Bilməm niyə az yaşar çiçəklər?Yahu, uzun ömrü yaz deyilmi?Dərdi-dilimi nolaydı bir dəm,Layiqlicə şərh edə biləydim.Olsaydı qübari-xatirim kəm,Bəlkə gözümün yaşın siləydim.Amma nə edim, bu mümkün olmaz,Zira səni bir də görmərəm mən.Qan ağlasa göz, könül yorulmaz,Daim qılaram ölüncə şivən.Ta sən Bakı qumlarında yatdın,Şirvanda mən ağlaram hər anda.Sübh ulduzum, ax, nə tezcə batdın?Dan ulduzu tez batar çıxanda.Bir dəm yaşayış çox az deyilmi?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sehhet-yoldasim-ucun-goz-yasi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey “Kəlniyət!” Ey xatirimin zövqü səfası,Yalnız demə kim, mollaların boşdu qafası,
Odessa xəyalatıGündən-günə zülmün, a fələk, lap betər oldu,Hər kəs özünə çul toxudu, bəxtəvər oldu.
RozəxanGet, axund, bir qara əbayə bürün,Bir əlin millətin cibinə uzat.
Dostum Mirzə Abdulla Şaiq cənablarınaŞaiqa, neyləsin axır, söylə, biçarə vətən?Tapmayır səhhət üçün dərdinə bir çarə vətən.
Стихи других поэтов · О родине
Mənim yaddaşımdan silinməmişdirsoyuq qış gecəsi, o qarlı ruzgar.
سن وطندن ساری قلبین دویونورسه،مارالیم!وطنین ده مارالیندان ساری قلبی دویونور.
Otur evdəOtur evdə, bürün kürkəDağda vardı boran, şair.
Sünbül dənə dolub əydi başınıSünbül dənə dolub əydi başını,Səhərin mehində baxdı torpağa: