Dörd yüz on altı
Mənim yaddaşımdan silinməmişdirsoyuq qış gecəsi, o qarlı ruzgar.Gözlərimdən keçir indi də bir-biryaralanmış düzlər, yaralı yollar!..
Terek sahilləri, Don sahilləri,Boz şinel, avtomat. Gözlərdə bir kin.Dumandan sıyrılan o qış səhəri,yadımdadır sənin qərbə getdiyin.
Yadımdadır atəş, alov içindəüzlərdə bir qəzəb, bir kin yanırdı.Hər uçulmuş evin boz kərpicindəmin intizar qalmış göz oyanırdı.
Döşündə qan donmuş körpə balalarbizi intiqama çağıran zaman,yandırılmış kəndlər, viran obalarqisas, qisas, deyib bağıran zaman.
Siz doğma ellərdən yola çıxdınız.Zəfər bayrağınız yerə enmədi.Düşmən səflərini vurub yıxdınız,faşist səngərində binələnmədi.
Yağı qıvrılanda bir ilan kimi,endi kəlləsindən sizin zərbəniz.Tərlan yuvasını qoruyan kimi,Qafqaz torpağını qorudunuz siz!
Qanlı döyüşlərin keçdiyi yerdə,Hər qarış torpaqda izləriniz var.Tarix vərəqləsin qoy pərdə-pərdə,baş əyməz ölümə mərd yaşayanlar!
Faşizmin gözünə sancdınız bir ox.Sarsıtdı zərbəniz lovğa düşməni.Sizi salamlayır azad Taqanroq,Bakının qardaşı, Çexov vətəni.
Hər faşist qan udar vahiməsindənbundan sonra görsə bircə qaraltı.Bağıracaq: odur, tanıyıram mən,tufan kimi gəlir “Dörd yüz on altı”.
Qıvrılanda yağı bir ilan kimi,onu sərdi yerə sizin zərbəniz.Tərlan yuvasını qoruyan kimi,Qafqaz torpağını qorudunuz siz!
Bakı, 1943
¹ Dörd yüz on altı – azərbaycanlılardan ibarət diviziyanın nömrəsidir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/resul-rza-dord-yuz-on-alti
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Şikayətim vardır, fələk əlindən,Fələk, mənə düşmən oldun, ağlaram.
Vətənimdir vətənimdir vətənimdir vətənimPənbeyi-daği-cünun içrə nihandır bədənim,Diri olduqca libasım budur, ölsəm, kəfənim.
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!
Oldu, ya rəbb, həlak insanlarOldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.