Vəfa
Mən yollar ayrıcında səni gözləyən zaman,bəlkə indi qan gedir sənin təzə yarandan.Həsrətinlə axırkən gözlərimin gümüşü,bəlkə dodağındadır gəncliyimin gülüşü.Bəlkə ala gözünə toxunmasınlar deyəbürümüşdür təbiət səni bir ağ pərdəyə.Baş ucunda ağlayır küləklər həzin-həzin,matəmini tutaraq hicranlı eşqimizin.Bəlkə buz əridirkən şinelinin buxarı,düşmənə qan uddurur qılıncının ovxarı...
Mən yollar ayrıcında səni soraqlayanda,könlümün otağında həsrətim ağlayanda,gündüzümün-gecəmin ferağını yığaraq,qəfəsdə qumru kimi səni gözləyəndə, bax,bu sinəmin içində yeyin-yeyin döyünən,pərişan gözlərinin baxışıyla öyünənqəlbim deyir: – Bir sabah gələcək o, günəşlə,üzündə təbəssümlə, dodağında atəşlə!Üç il əvvəlki kimi oturacaq yanında.Onun başından keçən yaralı dastanında,dinləyəcəksən uzun əsrlərin dərdini,görəcəksən bəşərin mərdini, namərdini.Gözündə canlanacaq onun dolğun həyatı:sadə insan ömrünün ölməyən nəqarəti.Mən hər ilkindi çağı üfüqlərə baxandacanlanırsan gözümdə, bir bənövşə yaxanda.Hər şey gəlir xəyala, indicə olmuş kimi.Sinədə qəlb çırpınır yaralı bir quş kimi.Suya salxım sallamış o söyüdlər, iydələr,dağ başında oyanan qızıl göyərçin – səhər,üstünü şeh bəzəmiş çiçəklərin qoxusu,sevgimizin şiddəti, anamızın yuxusu...
Yadıma nələr gəlir, könlümdən nələr keçir.Fikrimin aynasından neçə səhnələr keçir.O gənc ömrün ləkəsiz xəyanətsiz yazında,ulduzlu gecələrin işıqlı ayazındadanışıb gülə-gülə gileyindən-küsündən,istiqbala keçərdik xəyalın körpüsündən.Körpəmizin adını olmamışdan qoyardıq.O şirin arzuların nəğməsinə uyardıq...
İndi sən uzaqdasan: nə kağız var, nə xəbər...Hicran nədir bilərmi yola göz dikməyənlər!Çox yuxusuz gecələr sovuşsa da başımdan,gözlərinin gülüşü çıxmayıb yaddaşımdan.Yadımdadır, hər sözün, hər kəlmən yadımdadır.Elə bil göyərçinəm, eşqin qanadımdadır.Hər zaman, yüksəl deyir mənə, enmə aşağı!..Keçən karvan buludlar, əlvan nənəqurşağı,ötən o xatiratın rəngli səhifəsidir:təmiz, böyük bir eşqin qalib çıxan səsidir.Çəkmədim bir an belə yollarından gözümü.
Fikrinlə doldurmuşam gecəmi, gündüzümü.Sən məndən uzaqdasan... qəlbimdə əhdimiz var:Dünyada hansı qüvvət səni məndən ayırar!Gözləyirəm səni mən, gözləyirəm hər anda,axşamın kölgəsində, üfüqlər qızaranda,sarı yarpaq düşəndə, isti külək əsəndəgözləyirəm səni mən gəlsən də, gəlməsən də!..
Krım, 1942
Kitabxana.az · https://kitabxana.az/ru/works/resul-rza-vefa
Клавиши ← → для перехода, R — случайное стихотворение