İndi idin, keçmiş oldun
Şeir Əlağa Kürçaylının və qızıÜlkərin faciəvi ölümünə həsr edilib.
Gözlərin yumuludu.Rəngin solğun Ay işığı.Soyuq üzündə – qaşlarının yaraşığı.Çağırsam, dinməyəcəksən, bilirəm,ən mehriban, ən yanıqlı sözlərdənisinməyəcəksən, bilirəm.Hansı varaqdadır son sətrin, bilmirəm.Son şerinin kəlmələripərişandır, ya çin-çin – bilmirəm.Ancaq var onlar,var, var, var, bilirəm.Ya kimsəyə deyilməz,ya kimsəyə açılmazdıo varaqlar – bilirəm.Deyilməmiş, yazılmamışnələrin vardı – kim bilir.Dərdini, qara iplik kimibədəninə yol açan amansızlığıhəkim bilir.Ağrıların hansı sözə,hansı sətrə sığışardı.Hər əzələndə, hər parça dərindədımağında, köksündə vardı.Elə çoxdu, elə böyükdü, elə amansızdı –namərd yağıya yaraşan.Sən ki kişi oğlu kişiydin.Qardaş, bu nə taledi, bu nə işdi.Gözlərində nə iztirab yanğısınə mərəzin acısı,nə giley gərəyi vardı.Sinəndə bir dözüm, bir inam,bir ümid ürəyi vardı.Ancaq elə bilnə isə axtarırdı baxışın.Bəlkə möcüzə – nicat,bəlkə bir şeirlik həyat.Bəlkə əqrəbləri ağır-ağır,ləng işləyən saat.Gözlərin qəşəngdi,ən gözəl şeirlərin kimi.Mən bilirdim taleyin amansız hökmünü.Ancaq sənə deməli yalanımhazırdı əvvəldən:“Səndə nə var ki,bu gün daha yaxşısan”.Bəzən özüm dəinanmaq istəyirdim bu acı,bu qorxunc yalana.İndi bir qoşa tabut var,bir də göz yaşlarıyanıb, yanıb qurumuş ana.Bir tabut sənindir, bir tabut...Sən ona quzu deyərdin.Anamın göyçək qızı deyərdin.Gözləri gözlərinənecə də bənzəyirdi;
qara, iri, qəşəng.Hələ qönçəsi açılmamış çiçək.Günlər keçəcək.Şeirlərin gəzəcək dodaq-dodaq – sənsiz.Məhəbbətin gəzəcəkürək-ürək – sənsiz.Kim bilir, bəlkə payına düşənHəyat günlərinin bir bölümünü,xoşbəxt oldun, görmədinəziz balanın faciəli ölümünü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/resul-rza-indi-idin-kecmis-oldun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Salma gözdən bu zaman, ey şəhi-əbrar məniSalma gözdən bu zaman, ey şəhi-əbrar məni,Qılma ənduhü qəmü dərdə giriftar məni,
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
Yeddi tuman, yeddisi də zəncirəYeddi tuman, yeddisi də zəncirə,Qorxum budu dal qapıdan xan girə.