“Anamın kitabı” müəllifinə

Bu gecə yuxu gördüm.Gördüm,çörək dadı kimi tanış bir otaq.Tavandan nənni asılıb.Nənnidə bir uşaq.Nənnidəki uşaq mən idim.Layla səsi gəlirdi.

Ağ əlinin dımaqlarıqan qırmızı bir qadınyelləyirdi nənnimi.Nə anama oxşarı vardı,nə xatırladırdı nənəmi.Anamın saçları qaraydı,bununku yox.Nənəmin gözləri alaydı,bununku yox.Anamın başındakəlağayı olardı,bununkunda yoxdu.Nənəmin nəfəsihəmişə isti olardı,bununku soyuqdu.Mənə layla çalırdı qadın.Aydın eşitsəm də laylanın səsini;duya bilmirdim ahəngini, bəstəsini.Birdən anamı gördümqucaqlayıb dizlərini oturmuşdu.Əlləri qara, arıq.Əllərinin göy damarları əyri-üyrü,çubuq-çubuq.

Qışqırdım: ana, ana!Bu necə layladır?Bu nədir?Qulaqlarımı didir,qəlbimi göynədir.Nə bəstəsi doğmadır mənə,nə tanışdır sözləri.Anam dinmədi.Baxdım,sakit göz yaşlarısüzülürdü yanaqlarından.Mənə qorxulu bir şey xəbər verirdionun qəm dolu gözləri.Elə bil soruşurdu:oğul!Hanı mənim laylam, hanı?Səsim gəldikcə qışqırdım:Ana! Ana!Yox, yox!Unutmamışam sənin laylanı.Hələ də çırpınır qəlbim,neçə vaxtdır mən yuxudan ayılanı.Düşünürəm bu nə həyəcan,bu nə qorxudur?Bu ki yuxudur.Öz-özümə deyirəm:anamın laylası olmasa,təəssüf etməzdim, yatıbbir də yuxudan ayılası olmasam.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов