Bayramqabağı,yır-yığışdasındırdılar bir qıçını.Elə bildim əlimi kəsdilər.Neçə saat əlləşdim o gecə;ayağını mıxlayıbyerinə bərkidincə.Nə çəkic zərbəsindən,nə şikəst ayağının titrəməsindənşikayətləndin.Mənim yazı masam!Ürəyim doludur.Dincəlmərəm səndən yazmasam.Hələ yaraların sağalmamışevə təzə bir masa gətirdilər:Səni sürüdülər mətbəxə.“Çolaq mizşairə yaraşmaz” dedilər.Bəhanə çoxmuş:bir ayağın sınıq,üstün cızıq-cızıq,görkəmin köhnə,üst-başın ləkə-ləkə.Siyirtmələrin açılanda səs salır,örtüləndə səs salırmış.Yan-yörəndə toz qalırmış.O gündən nə qədər vaxt keçib.Ancaq, nə həsrətim azalıb,nə vərdişim dəyişib.İndi də, söz inadlagirmək istəməyəndə sətirlərə,təşbehlər düşməyəndə yerinə,qafiyələr toyuq yumurtası kimioxşayanda bir-birinə,mətbəxə gəlirəm.

Üstündən götürürəm qab-qacağı.Cib dəsmalımla silirəm üstünü.Belə sakit, gecə yarıaçılır dərdlərimin, sevincləriminsənə tanış varaqları.Səndə axtarıram,saatlarla vurnuxub,tapa bilmədiklərimi;gözləri yumulu bir səhrayi kimi.Mənim əziz masam!Heç kəsə demə!Təzə masa da bilməsin.Altındakı sınıq kasa da bilməsin.Mənim köhnə masam!Hər dəfə səndən ayrıla bilmirəm,Üz-gözünü əllərimlə sığallamasam!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов