İş otağının divarlarına,hər səhər içdiyim çayın buxarına,Göyçayın çinarına,ürəyimin ağrılarına,alışan kimi alışmışamqabığı göy müşəmbəlicib dəftərimə.Rəsmi mümkünlərdən,boyat qaydalardansoyuna-soyuna,kimsəyə qızmadıqlarımıdemişəm ona.Bilirəm etibarlı yoldaşdır.Nə söz gəzdirən,nə lovğalanan,nə özündən deyəndir.Nə yerlipərəst,nə yalançı,nə rüşvət yeyəndir.Sevirəmgöy müşəmbə qabıqlıcib dəftərimi.Nə sevincimi gizlədirəm ondan,nə dərd-sərimi.Yaxşı tanımışamcib dəftərimi.

avqust-dekabr, 1966

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов