Luvrda bir qız vargözəllər gözəli!Amma hayıf ki, daşdır.Nə həmsöhbət,nə həmsevgi,nə işdaşdır.Baxırsan heyrətdə qoyur səni,çılpaq qadın vücudununkamil cizgiləri.Mərmərdən yonulmuş Venera.Həm də sadə Venera deyil,Miloslu qızdır.Deyirlər, gözəllikdə yalnızdır.Baxıram, yadıma Vaqif düşür:“...bel nazik......tel nazik......Ağ əllərin...”Paho...Bunun əlləri yoxdur.Hanı bəs əlləri?Arayıb axtarsan illəri:nə bilim, neçə min,neçə yüz il əvvəlqolları da varmış,əlləri də.Yəqin ki,qulac-qulac telləri də.Gözəldir, söz yox.Adam baxdıqca baxır.Bəzən də adama elə gəlirsinəsi enir, qalxır.Elə bil ki, dodaqlarıhəsrət qalıb öpüşə.Aşıq demiş:“Məmələr tər yerpənək.Al ağzına, ye!

Qoyma bir tumu yerə düşə!”– Əl ver ayrılaq, xanım!Bağışla, unutdum.Əllərin yoxdur.Bəlkə də belə yaxşıdır.Heç olmazsa əl açıbParis küçəsində dilənməzsən.Vücudun daşdandır.Bəlkə də belə yaxşıdır.Nə desələr dinləməzsən.Gözəlsən, Milos qızı!Sözüm yox.Nadir gözəlsən!Ancaq qapıda bilet satano qara saçlı qızhəm gülə bilir,həm danışa bilir.Yana-yana baxa bilir.Adama yanaşa bilir.Könüldə arzular oyandıra bilir.Güləndə üzü bir olur,gülməyəndə başqa.Məni o qız daha artıq düşündürür.Sən, daşsan, elə daş qal!

Paris–Bakı, 1957–1959

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов