Eyfel qülləsi
Kim bilir harda çürüyüb sümükləriEyfelin.Ancaq qülləsi qalıb.Qüllə uzundur deyim, ya hündür?Nədən uzun?Nədən hündür?Mən Eyfeli gördüyümüç gündür.
Dayanıb yaşıl bir düzəndə,adam Eyfel yox, –Eyfel – qüllə.Başında bulud-papaq,ayağında başmağı güllər.Yerdən baxanda, başı görünmür,yuxarıdan baxanda ayağı.Bəlkə allahın xahişiylə düzəldiblərbu dəmir dayağıki, ildırım çaxanda, göy uçmasın.Ya da parislilərgöz yaşlarından islanmış başlıqlarıqurutmaq üçünbu qüllədən assın...
Hər nə isə...heyran qoyur hər kəsibu uzundraz,qüllələr zirvəsi.Aylı gecələr, kölgəsi uzanırSenaya.Bəlkə canındasusuzluğu var Afrikanın?Əyilir su içməyə.Bəlkə də əyilirparlaman qeybətlərini,küçə söhbətlərini,ürək şikayətlərinieşitməyə...Bəlkə başını qaldırıb yuxarıağlayır xısın-xısın.Başını qaldırır yuxarıki, parkda gəzənlər duymasın.Bəlkə dili olsa bağırardı:“Gəlin, qurtarın məni bu tənhalıqdan!Üşüyürəm bu dumanlıqdan,buludlar içində,göylərin qapısında.
Bir neylon köynək gətirinQrand-operanın qabağındakı mağazadan!Ayağımda zəncir yoxsa,düşünməyin ki, azadam.Dustaqları yoxlasanzəncir dustağıdır az adam:dil dustağı,göz dustağı,fikir dustağı olanlarsaya gəlmir...Dərdlilər çoxdur, –hamısı Senaya gəlmir.Versala gedə bilmərəm,başım keçməz darvazadan.Elə bilməyin ki, azadam!Ayağım torpaqda,başım göydə, –Parisin emblemasıyam...Ancaq məyus olmayın.Kim deyir ki, mən,beləyəm, belə də qalasıyam?Nə qəm ki, burda inditənhayam, təkəmMən Parisin səhərinihamıdan qabaq görəcəyəm!”
Paris–Bakı, 1956–1960
Kitabxana.az · https://kitabxana.az/ru/works/resul-rza-eyfel-qullesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pilot qardaş, şahinləri göy üzündə havalandır!Bir tərəfi buzlu dəniz, bir tərəfi Savalandır
İntiqamXəyalımın qanadında ənginliyə yol açdım.Gəzdim döyüş meydanını, cəbhələri dolaşdım.
Metal qırıntıları toplayınAxtarın künc-bucağı!Axtarın hər padvalı!
Babamın səhviBabam saqqalı ağ,qaşları qalın,
Стихи других поэтов
Burada könlüm asayiş tutmazİstər ki yanına vara sevdiyim
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,