Pilot qardaş
Pilot qardaş, şahinləri göy üzündə havalandır!Bir tərəfi buzlu dəniz, bir tərəfi Savalandırazad əllər bəslədiyi bu baharlı bağçaların,insanlığın, səadətin ana yurdu – bu diyarın.Qara bulud üfüqlərdə baş qaldırdı bizə sarı,uçun göyə, ey yurdumun qızılqanad tərlanları!Göydə vurun, yerdə vurun, yağılara yoxdur aman!Sürünməsin bu torpaqda haçadilli şahmar ilan.Elə vurun, yer titrəsin zərbənizdən yarpaq kimi.Vurun, faşist bayquşları düşsün yerə papaq kimi.Göydə yansın, yerdə yansın ölüm yayan yarasalar.Faşistlərin kirli qanı daşa düşsə yara salar.Elə vurun, yerə girsin, qalmasın bir əsər, nişan,o canavar sürüsündən, yarasalar yuvasından.Şığıyanda şimşək kimi şahinlərim qatar-qatar,dünya görsün, bizdə necə oğul doğur mərd analar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/resul-rza-pilot-qardas
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl,Alma əlimdən mənim tabü təvan, ey gözəl,
Nə yaxşı munis idi, heyf, nagəhan getdiNə yaxşı munis idi, heyf, nagəhan getdi,Məni bu möhnət əta qoydu firavan getdi
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
Həq ləbindən ğönçəni gülşəndə xəndan eyləmişHəq ləbindən ğönçəni gülşəndə xəndan eyləmiş,Leyk bu nazikliyi lütf ilə çəndan eyləmiş.