Həq ləbindən ğönçəni gülşəndə xəndan eyləmiş,Leyk bu nazikliyi lütf ilə çəndan eyləmiş.

Qamətinin kölgəsi tərhin götürmüş bağiban,Bağda əksindən onun sərvi-xuraman eyləmiş.

Div oğurlamışdı bir zərrə dəhanın nəqşini,Varmış, ondan xatəmi-mehri-Süleyman eyləmiş,

Zülməti-zülfində içmiş, ləblərin abini Xızr,Heyyi baqi bulmuş adın abi-heyvan eyləmiş.

Şanədən məşşatə salmış hər saçın, qılın yerə,Sərbəsər xaki-cəhani ənbərəfşan eyləmiş.

Arizin bağində bir mürği-hərim olmuş Xəlil,Ol səbəbdən həq ona odu gülüstan eyləmiş.

Макта — последний бейт с тахаллусом поэта. Bu Xətai qanını tökməkdə ikən, tökmədin,Onda hər müfti ki, mən etmiş səni, qan eyləmiş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви