Balaca
Səhər-axşam çıxıram göyərtəyə,səni görürəm.Gah dordan dora çəkilmiştel üstündə cəh-cəh vurursan,gah oyuncağı sınmış körpə kimiməlul-məhzun durursan.Səhər, günorta, axşamçağıgörürəm səni, Balaca.İllər keçib getsə də,o nazik ayaqların,o xırdaca dimdiyinhərdən-hərdən çırpınıbşəfəqlərdə çimdiyinyadımda qalacaq.Bilirəm, unutmayacağam,unuda bilməyəcəyəm səni, Balaca.Gəmimiz gedirbuludlarda üzən qaya kimi.Sən bizə qoşulmusan,ayrılmırsan gəmidənBaltikdən Biskaya kimi.Sən gəmiyə pənah gətirmisən.Gedirsən bu uzaq yolları, Balaca!Mən sənə isinmişəm,bir qoca eynəyinə,bir cavan qız saçına,bir gənc sevdiyi gözlərə isinişən kimi.Arayır gözlərim sənidan söküləndə;arayır axşamlaryanğın düşmüş kövşən kimi.Bir saat görməsəm səni,nigaran qalırkönlüm, gözüm.Köpüklərin qatarıdalğaların boynundadüzüləndə düzüm-düzümsəni düşünürəm.Nigaranlıq dolur sinəmə.Yuvasından ayrı düşmüş Balaca.Kim bilir bu dalğaların qoynundanələr olmuş,nələr, nələr olacaq.
Kimsəyə ümid olma!Gəmiyə arxalanma!Qanadlarını bərkit!İndi bu göy nəhəngyatır quzu kimi sakit.
Kim bilir, bəlkə dəbir az sonra coşacaqdır.Bəlkə beli köpüklü dalğalarbaşı qarlı dağlar kimiqalxıb toqquşacaqdır.Dayanıb göyərtədədüşünürəm haçaqdır.Fırtınalar ulayanda,bu okean adlı qocanın püskürüyübuludlar sulayanda,səni kim qoruyacaqdır?Qanadlarında qüvvət varmı, de,səni fəlakətlərdən qoruyarmı, de!Yoxdursa...
Bəlkə düşünürsən,Cılız budaqlı güllərin kölgəsində keçincəqısa ömrün günləri,daha xoş, mənalıdırfırtınalarda qarşılamaq səhəri!Elədirsə,onda oxu!Fırtına da bağırsın!Mən bu gurultular içindəsənin səsini eşidirəm...
Səsin mənə doğmadır.Səsin mənə əzizdir.Bəlkə fırtınalardan keçib getməkbizim taleyimizdir!
Qoy qasırğalarda çalxansın cahan:gəmimizin ətrafı kimi.Mən səni dinləyirəmbir ümid səsi,bir səadət nəğməsi,bir məhəbbət etirafı kimi.Oxu, Balaca!Qoy fırtına bağırsın, nə qəm!Oxu, Balaca!Mən səni dinləyirəm.Mən səni dinləyirəm.
Atlantika–Bakı, 1959–1960
Kitabxana.az · https://kitabxana.az/ru/works/resul-rza-balaca
Клавиши ← → для перехода, R — случайное стихотворение