Əlim qopdu əlindən,Mən dedim: – Üşüyərsən!Sən dedin:– Əynim-başım istidir.Mən dedim:– Olsun...Cəhənnəmdə də üşüyər adam;yalqız olsa.Sən getmişdin.Sözlərimi eşitmədin.Səni sözüm üşütmədi.Sakit budaqlardasakitdi yarpaqlar.Mən qışqırdım, ey!Həsrətini gəl, apar!Sən eşitmədin.Səni səsim üşütmədi.Ayrıldıq.Evə gəldim.Yaşıl civəyə baxdım.Hərarət iyirmi üçdü.Sözün yadıma düşdü:

Əynim-başım istidir.MənÜşüyürəm istidən.Bəs sən necə, sən?!

Bakı, 1944

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов