Xatırlaram o günləri
Nələr gəldi gör başına,Düşünməzdim heç bir zaman.Gözlərində qəm görünür,Nə tez getdi gözəl dövran?
Xatırlaram o günləri:Doğma ellər bəzənmişdi.Elə bil ki, sinən üstəUlduz qonub, Ay enmişdi.
O zamanlar keçmişsə də,Xatirəsi yaşar müdam.Yenilməzdir haman qüdrətHaman arzu, haman məram!
İnqilabın şəfəqləriDalğalanar yenə bir gün,Bir al bayraq kimi birdənBürüyər ölkəmi bütün.
Səni bir də xoşbəxt görsəmGedər ürəyimdən qubar.Təzələnər o gün həyat,Gülümsəyər qəmli diyar.
Üzün gülsə bir də səninŞairin də gülər üzü,İlham alıb səadətdənVəsf edər şən yurdumuzu.
Nəzər saldım camalına,Gördüm solmuş çiçək kimi.Lakin qəmli gözlərindəÜmid parlar şimşək kimi.
Yad önündə diz çökmədin,Yaşadar o vüqar səni.Döyüşlərdə qorxutmadıNə fəlakət, nə dar səni.
Qəhrəman Təbrizim, sənəMüjdə verim ilk bahardan,Bax, ağaran üfüqlər dəSəadətdən verir nişan!
Kitabxana.az · https://kitabxana.az/ru/works/hekime-billuri-xatirlaram-o-gunleri
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
بودند بتان به پیش من خوارواکنون خود را چه خوار بینم
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"